AZ

Paytaxtda şadlıq sarayında camış əti dana əti kimi təqdim edilir – AQTA

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri,Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fizikişəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıqsarayında yoxlama keçirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı istehlakçıhüquqlarının və sanitariya norma və qaydalarının tələblərininpozulduğu məlum olub.

Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədənqanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlakadana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətlərimüvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiətedilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da,istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildəpozulmasına səbəb olur.

Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatlarıuyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlumolub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu,müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlaraşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokoltərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ətməhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laboratormüayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.

Seçilən
86
33
az.trend.az

10Mənbələr