AZ

Onları xəyanətə, qisasçılığa vadar edən nə oldu? PƏRVİZ HƏŞİMLİ YAZIR

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Ramiz Mehdiyev İşi”nə daha bir məşhur ad – Abbas Abbasovun adı  əlavə edildi. 

Həm Heydər Əliyev, həm də İlham Əliyev iqtidarları dönəmində ölkənin əsas rəhbər şəxslərindən hesab olunan Ramiz Mehdiyev və Abbas Abbasov indi dövlət çevrilişi ittihamı ilə məsuliyyətə cəlb olunub.

İndi hamı Ramiz Mehdiyevdən və Abbas Abbasovdan danışır.

Hər kəsi düşündürən bir sual var: Bir zamanlar hakimiyyətin yüksək pillələrində olmuş, bu ölkəni yönəldən  bu adamlar nədən xəyanət yolunu tutsun? 

Haqlı və maraqlı sualdır.

Bəlkə də burada psixoloji amil var.

Hər iki şəxs komunist dövrünün adamlarıdır. Partiya məktəbi keçiblər, bürokrat olublar. Onlar üçün bir pillə irəli getmək həyatın ən böyük xoşbəxtliyi olub. Kreslodan düşmək isə  intihara bərabər sayılıb.

Vəzifədə olanda səlahiyyətləri imkan verirdi ki, hər cür yaramazlıqlara getsinlər. Nə sorğu-sual, nə də  məsuliyyət tələb edən vardı.

Neft pullarının ölkəmizdə “fontan vurduğu” zamanlarda böyük kapitallara sahibləndilər.

O dövrdə neft pulları o qədər çox gəlirdi ki, nəzarət də yox səviyyəsində idi. Hamıya pay çatırdı.

Bu insanlar cəzasızlıq mühitində olduqları üçün daha çox talamağa can atırdır. Taladıqlarını ölkə hüdudlarından kənara çıxarmağı belə  bacarmışdı.

İndi dövr dəyişib.

İlham Əliyev hakimiyyətinin son 10 ilində “iribuynuzlu məmurların”ın oğurluğuna imkan verilməməyə başladı.

Çünki, ildən-ilə neft gəlirləri azalır və büdcənin neftdən asılılığından qurtarması strategiyası işə düşmüşdü.

Yavaş-yavaş onların əl-qolu bağlanırdı.

Bunu həzm edə bilmirdilər.

Bu, xüsusilə Ramiz Mehdiyevə və Abbas Abbasova aid idi.

Zaman və onun tələbi dəyişsə də Ramiz Mehdiyev kimi partiya məktəbini keçənlər bununla ayaqlaşa bilmədi.

Axı, bu insanların xarakteri , davranış tərzi, dəyərləri və qərarvermə üsulları   uzun illərin mühitində yaranmışdı və yeniliyi qəbul edə bilməzdi.

Ona görə də içlərini  qisqanclıq hiss bürümüşdü.

Evində otursa da  hər dəfə ailə üzvlərindən kiminsə  vergi orqanlarına çağırılması, məhkəmə orqanlarında mülki çəkişmələrdə məğlubiyyət xəbərləri Ramiz Mehdiyevin, Abbas Abbasovun hakimiyyətə qarşı kinini, nifrətini artırırdı.

Ona görə də qəlblərində böyütdükləri kin, qəzəb onlarda qisasçılıq hissinə çevrildi və bu cür məkrli niyyətə düşdülər.

Amma nəticə acı sonluq oldu…

Ona görə də bugün vəzifədə olan hər bir nazir qəbullanmalıdır ki, daha Azərbaycanda Ramiz Mehdiyev, Abbas Abbasov, Ziya Məmmədov və Rövnəq Abdullayev kimi oliqarxa çevrilmək üfiqdə də görünmür. 

Nazirsən,  aylıq paketin var, qane olmalısan!

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
icma.az

1Mənbələr