AZ

Ən dözümlü maşınlar açıqlandı BMW 5 də, Mercedes 19 dadır

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikanın "Consumer Reports" jurnalı 2026-cı ilin avtomobil etibarlılığı reytinqini açıqlayıb.

Milli.Az xəbər verir ki, reytinqə görə Toyota ən etibarlı marka seçilib. Markanın etibarlılıq xalı 66 bal təşkil edir.

İkinci və üçüncü yerləri Subaru (63 bal) və Lexus (60 bal) tutub. Top-10-a həmçinin Honda, BMW, Nissan, Acura, Buick, Tesla və Kia markaları daxil olub. Siyahının sonlarında isə Jeep, Ram və Rivian yerləşir.

1. Toyota: 66

2. Subaru: 63

3. Lexus: 60

4. Honda: 59

5. BMW: 58

6. Nissan: 57

7. Acura: 54

8. Buick: 51

9. Tesla: 50

10. Kia: 49

11. Ford: 48

12. Hyundai: 48

13. Audi: 44

14. Mazda: 43

15. Volvo: 42

16. Volkswagen: 42

17. Chevrolet: 42

18. Cadillac: 41

19. Mercedes-Benz: 41

20. Lincoln: 40

21. Genesis: 33

22. Chrysler: 31

23. GMC: 31

24. Jeep: 28

25. Ram: 26

26. Rivian: 24

Araşdırmaya əsasən, hibrid avtomobillər etibarlılıq baxımından yaxşı nəticələr göstərir. Elektrikli avtomobillər və plug-in hibridlər isə daha çox texniki problemlərlə üzləşir. Belə ki, ən etibarlı elektrik avtomobili Tesla Model Y, ən az etibarlı isə Rivian R1T hesab olunub.

Qeyd edək ki, "Consumer Reports"un reytinqi 2000-2026 model illəri olan avtomobillərə əsaslanır. Reytinq həm yol testləri, həm də avtomobil sahiblərinin sorğuları əsasında hazırlanıb.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
128
4
news.milli.az

5Mənbələr