AZ

Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət gösətərn lisenziyalı özəl şirkətlərin sayı açıqlanıb

Hazırda Azərbaycanda müdafiə sənayesi sahəsində lisenziya əsasında 15 özəl şirkət fəaliyyət göstərir.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib.

Nazir müdafiə sənayesi sahəsində özəl sektorun roluna xüsusi diqqət yetirərək, hazırda 15 özəl şirkətin bu sahədə lisenziya əsasında fəaliyyət göstərdiyini, bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb. O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.

V.Mustafayev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrdə müşahidə olunan müsbət dinamikadan bəhs edərək Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri və regional sülh gündəliyi çərçivəsində aparılan müzakirələrin həm təhlükəsizlik mühitinə, həm də müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

O, çıxışında kadr potensialının inkişafı və innovasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğu bildirərək, intensiv təlim proqramları, ali təhsil müəssisələri ilə əməkdaşlıq və xaricdə təhsil imkanları hesabına müdafiə sənayesi üçün ixtisaslı kadr ehtiyatının formalaşdırılması istiqamətində əməli işlər görüldüyünü diqqətə çatdırıb.

Nazir sonda vurğulayıb ki, müdafiə sənayesi yalnız istehsal müəssisələrindən ibarət deyil, dövlət, ordu, elm və biznes arasında qarşılıqlı əlaqəyə əsaslanan kompleks ekosistem kimi fəaliyyət göstərir. Onun gücü ayrı-ayrı elementlərdə deyil, bu elementlər arasında qurulan effektiv əməkdaşlığa dayanır. Dövlət strukturları, ali təhsil və elmi-tədqiqat müəssisələri və özəl sektor ekosistemin əsas sütunlarını təşkil edir və dayanıqlı inkişaf yalnız onların koordinasiyalı fəaliyyəti ilə mümkündür.

Seçilən
82
3
poliqon.az

10Mənbələr