AZ

Britaniya polisi antisemit şüarlara və etirazlara qarşı daha sərt tədbirlər görməyi planlaşdırır



İngiltere'de polis, Yahudi toplumunu hedef alan antisemitik sloganlar ve protestolara karşı daha sert önlemler uygulanacağını duyurdu.London Metropoliten Polisi və Böyük Mançester Polisinin birgə bəyanatında bildirilir ki, son zorakılıq aktları "etirazların kontekstini dəyişdirib" və "İntifadanı qloballaşdırın" kimi şüarlar səsləndirənlər polis müdaxiləsi ilə üzləşəcəklər.
Bəyanatda qeyd olunur ki, Avstraliyada Hanuka bayramını və Mançesterdə sinaqoqa hücum yəhudi icmalarında narahatlıq və qorxunu artırıb.

Bəyanatda antisemit nifrət cinayətlərinin və etirazlarda istifadə olunan dilin artmasının nəticələri olduğu və bu kontekstdə həbslərin həyata keçiriləcəyi bildirilir.

Bəyanatda həmçinin polis əməkdaşlarının yeni yanaşma barədə məlumatlandırılacağı və İctimai Asayiş Qanunu çərçivəsində səlahiyyətlərindən daha səmərəli istifadə edəcəyi, sinaqoqlar və yəhudi icmasına məxsus yerlər ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı qeyd olunur.

Bəyanatın sonunda qanuni etiraz hüququnun qorunacağı, lakin yəhudi icmalarını hədəf alan və qorxu və hədə-qorxuya səbəb olan hərəkətlərə yol verilməyəcəyi bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
127
aia.az

1Mənbələr