AZ

İstanbul nəhəngi Qrizmanı istəyir

"Qalatasaray" yeni mövsüm üçün ulduz futbolçu Antuan Qrizmanla maraqlanmağa başlayıb.

Fanat.Az xəbər verir ki, məşhur jurnalist Haluk Yüreklinin yaydığı məlumata görə, "Qalatasaray" rəhbərliyi fransalı hücumçunun komandaya gəlmək istəməsi halında, onun transferinə hazırdır.

34 yaşlı hücumçu bu mövsüm iştirak etdiyi 26 matçda 7 qol vurub, 1 asist edib.

Bu transferin baş tutması üçün hər hansı bir maneə olmadığı bildirilir.

Qeyd edək ki, onun transfer dəyəri 11 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
89
1
fanat.az

2Mənbələr