Türkiyə Kubokunun əsas mərhələsinin I turunda "Qalatasaray" doğma meydanda "Başakşehir"lə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, Türkiyə çempionu qarşılaşmaya 7 itki ilə çıxacaq.
"Sarı-qırmızılar" heyətində Vilfried Sinqo, Berkan Kutlu, Kaan Ayhan və Uğurcan Çakır zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Viktor Osimhen (Nigeriya), Mario Lemina (Qabon) və İsmail Yakobs (Seneqal) isə Afrika Millətlər Liqasında iştirak etmək üçün ölkələrinin yığma komandalarına yollanıblar.
Qeyd edək ki, "Qalatasaray" – "Başakşehir" qarşılaşması sabah saat 21:30-da start götürəcək.
"Qalatasaray"ın futbolçuları Super Liqa klubunun hədəfində
“Liverpul”un oyunçusu “Qarabağ”la matçı buraxacaq
Ayxan Abbasovla Emin Mahmudovun kimlərə səs verdiyi bəlli oldu
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib
Luis Enrike: “Əşrəf Hakimi oynaya bilməyəcək”