Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Prezident: “Bunun üçün heç bir əsas yoxdur”
ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl atışmanın baş verdiyi Braun Universitetində kifayət qədər təhlükəsizlik kameralarının olmamasından qəzəblənib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident sosial media saytı “Truth Social”da yazıb .
Onun sözlərinə görə, “bunun üçün heç bir əsas yoxdur”.
Qeyd edək ki, dekabrın 13-də Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma baş verib. Hücum nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Qurbanların demək olar ki, hamısı universitet tələbələri olub.
Jurnalistlərin məlumatına görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır. Hücumçu cinayətdən sonra qaçıb və axtarışdadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.