Hindistan aviaşirkəti 13 il əvvəl itmiş təyyarəsini tapıb.
Publika.az "The Sun"a istinadən xəbər verir ki, "Air India" 13 il öncə yoxa çıxan "Boeing 737-200" sərnişin təyyarəsini tapdığını etiraf edib.
Nəticədə, aviaşirkətə təyyarəni Kalkutta hava limanında uzun müddət park etdiyinə görə böyük bir cərimə tətbiq edilib.
Aviaşirkətin məlumatına görə, təyyarə 2012-ci ildən bəri hava limanında olub, lakin aviaşirkətin rəsmi qeydlərindən yoxa çıxıb. Vəziyyət yalnız hava limanı rəhbərliyi "Air India" ilə əlaqə saxlayaraq təyyarənin çıxarılmasını tələb etdikdən sonra aydınlaşıb.
Bildirilir ki, kadr dəyişikliyi və sənədləşmə boşluqları nəticədə təyyarənin qeydlər sistemindən itməsinə səbəb olub.