İşdən evə gələn qadının hamam otağından meyti tapılıb.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. Şimal yaşayış sahəsi adlanan ərazidən polisə məlumat daxil olub ki, 31yaşlı qadın kirayə qaldığı evdə ölüb.
Qadının bibisi qızı Samirə Kərimxanova deyir ki, hadisə vaxtı mərhumun iki azyaşlı övladı və həyat yoldaşı da evdə olub.
Hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, ötən gün saat 00:50 radələrində Qaraçuxur qəsəbəsindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.