AZ

Rusiya sülh müqaviləsi imzalamaqdan imtina edərsə, ABŞ onu cəzalandıracaq

ABŞ Maliyyə Naziri Skott Bessent bu həftənin əvvəlində Avropa səfirləri ilə Rusiyaya qarşı yeni sanksiyalar layihəsini müzakirə edib.

Editor.az xəbər verir ki, “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, tədbirlər həftənin sonuna qədər açıqlana bilər. Məhdudiyyətlərin məqsədi Rusiya Ukrayna ilə sülh müqaviləsi imzalamaqdan imtina edəcəyi təqdirdə ona təzyiqi artırmaqdır. ABŞ enerji sektoruna, Rusiyanın “kölgə donanmasına” və məhdudiyyətləri aşaraq Rusiya neftinin tədarükündə iştirak edən vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Agentliyin mənbələri qeyd edib ki, sanksiyaların tətbiqi ilə bağlı son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Ukrayna danışıqlarına hələ də ərazi, dondurulmuş Rusiya aktivlərinin istifadəsi və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması ilə bağlı mübahisəli məsələlər daxildir.

//Samir Qurbanov, Editor.az

Seçilən
83
editor.az

1Mənbələr