AZ

Bu halda radarlar sizi çəkəcək və cərimələnəcəksiz KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərlə bağlı inzibati məsuliyyət məsələsi tez-tez müzakirə olunur. Xüsusilə bu hal yol kameraları vasitəsilə qeydə alındıqda cərimənin tətbiq edilib-edilməməsi sürücüləri maraqlandırır. Bəs, sürücülük vəsiqəsi olmadan idarəetməyə görə kamera ilə cərimə yazıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, sürücülük vəsiqəsi olmayan şəxs avtomobil idarə edərsə, bu zaman ikiqat məsuliyyət yaranır.

Vəkilin sözlərinə görə, belə hallarda cərimə həm avtomobili faktiki idarə edən, həm də nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə verən avtomobil sahibinə tətbiq olunur.

“Kamera görüntüləri əsasında müəyyən edilərsə ki, avtomobil sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən idarə edilib, bu halda həmin şəxs inzibati qaydada cərimələnir. Eyni zamanda, avtomobilini bu şəxsə etibar edən nəqliyyat vasitəsinin sahibi də məsuliyyət daşıyır və ona da cərimə tətbiq edilir”, – deyə Mehman Muradlı vurğulayıb.

Vəkil əlavə edib ki, yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə bu cür hallarda qanunvericilik kifayət qədər sərt mexanizmlər nəzərdə tutur və sürücülər məsuliyyətlərini nəzərə almalıdırlar.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
konkret.az

1Mənbələr