AZ

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı

Sumqayıtda 18 yaşlı gəncin meyiti aşkarlanıb.

AFN.az “Den.az”a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

Vəfat edən gəncin tanınmış partiya sədri Mirmahmud Mirəlioğlunun nəvəsi olduğu bildirilir.

Qeyd edək ki, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var.

Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.

Onun ürək tutmasından öldüyü deyilir.

Xatırladaq ki, M.Fəttayevin qızı da 2012-ci ildə vəfat etmişdi.

Seçilən
187
7
afn.az

10Mənbələr