AZ

Fransada keçmiş ukraynalı Baş prokurorun evində axtarışlar aparıldı

Fransa hüquq-mühafizə orqanları Ukraynanın keçmiş Baş prokuroru Svyatoslav Piskunun evində axtarışlar aparıb.

"Unikal" xəbər verir ki, axtarışlar Federal Təhlükəsizlik Xidmətinin tələbi ilə aparılıb. Nəticədə əldə edilən materiallar keçmiş Baş Prokurorun mümkün həbsi üçün əsas yaradıb.

FTX axtarışların səbəbini açıqlamayıb, lakin əvvəllər onların iş adamı İqor Kolomoyskinin 2003-cü ildəki işi ilə əlaqəli olduğu bildirilib.

Müstəntiqlərin fikrincə, Piskun Kolomoyskinin sifarişi ilə vəkilin qətli ilə bağlı cinayət işini bağlamaq üçün rüşvət almış ola bilər.

Seçilən
169
unikal.az

1Mənbələr