"Frayburq"un 20 yaşlı gənc ulduzu Yohan Manzambi böyük klubların diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, Almaniyanın "Bayer Leverkusen" və İtaliyanın "Napoli" klubları, Manzambinin transfer məsələsində rəqabət aparır.
Gənc futbolçu mövsümün əvvəlindən bəri göstərdiyi güclü performansla həm Almaniya, həm də Avropa arenasında diqqətləri üzərinə çəkib. Manzambi, xüsusilə sürəti, texnikası və oyun qurma bacarığı ilə məşhurdur.
Transfer bazarında qiyməti 15 milyon avro olan bu gənc istedadın, gələcəkdə daha böyük klublara keçməsi ehtimalı yüksəkdir. Həm "Bayer Leverkusen", həm də "Napoli" Manzambi ilə gələcəkdə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.
Kamil Xudiyev