Regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov Telegram-da bildirib ki, rus işğalçıları Zaporojye və Zaporojye bölgəsinə üç hava hücumu həyata keçiriblər.
Vilayət mərkəzində düşmən iki yaşayış binasına zərbə endirib. İlkin məlumatlara görə, dağıntılar altında insanlar ola bilər.
Fedorov bildirib ki, ən azı 26 nəfər yaralanıb: “Ruslar idarə olunan bombalar ataraq yaşayış binalarını dağıdıb, infrastruktura və təhsil müəssisəsinə zərər vurublar”.
//Samir Qurbanov, Editor.az