AZ

Məşhur futbolçu “Forsaj”a çəkiləcək

Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in kapitanı “Forsaj” silsiləsinin yeni filmində rol alacaq.

Bu haqda amerikalı məşhur aktyor və prodüser Vin Dizel bildirib. O, 40 yaşlı portuqaliyalı hücumçu üçün “Forsaj” franşizasının yeni filmində xüsusi rol yazıldığını “hamı soruşurdu ki, Ronaldo “Forsaj”da olacaqmı? Bəli, olacaq. Biz yeni seriyada onun üçün rol yazmışıq” cümlələri ilə bildirib.

Bir müddət əvvəl “Forsaj” franşizasının 11-ci hissəsinin 2026-cı ildə ekranlara çıxacağı və bu filmin seriyanın sonuncusu olacağı açıqlanmışdı.

Seçilən
30
2
football-plus.az

4Mənbələr