AZ

Tramp bir neçə saat sonra bu ölkəyə müharibə elan edəcək – Sensasiya

Jurnalist Taker Karlson bildirib ki, ABŞ Prezidenti Donald Tramp yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat təxminən 02:00) Oval ofisdə planlaşdırılan çıxışı zamanı Venesuelaya müharibə elan edə bilər.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Karlson sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, ABŞ qanunvericiləri Venesuela ilə bağlı 17 dekabr tarixində elan edilə biləcək qaçılmaz müharibə ehtimalı barədə əvvəlcədən məlumatlandırılıblar.

Qeyd olunur ki, daha əvvəl Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Venesueladan ABŞ-a məxsus əmlakın geri qaytarılmasını tələb edib.

O, Venesuelanın Cənubi Amerika tarixində indiyədək toplanmış ən böyük armada tərəfindən tam şəkildə əhatə olunduğunu vurğulayıb.

Seçilən
95
1
konkret.az

10Mənbələr