AZ

Avropada panika – Rusiya Londonu 8 dəqiqəyə məhv edə bilər

Britaniya Moskvanın NATO üzv dövlətlərinin sərhədləri yaxınlığında Londonu səkkiz dəqiqəyə məhv edə biləcək yeni silah yerləşdirə biləcəyindən narahatdır.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Rusiya tezliklə Belarusda “Oreshnik” raket sistemini yerləşdirə bilər. Bu sistem yüksək sürəti ilə seçilir və qısa müddətdə Avropa paytaxtlarına çatmağa imkan verir.

Qərb ekspertləri hesab edir ki, Belarusda “Oreshnik” raketlərinin yerləşdirilməsi Rusiyanın Avropanın böyük şəhərlərinə qəfil zərbələr endirməsini mümkün edəcək və onların uçuş müddəti Kapustin Yar poliqonundan buraxılan raketlərdən xeyli qısalacaq.

Seçilən
81
1
konkret.az

2Mənbələr