AZ

Müharibə xəbəri yayıldı: Qırıcı təyyarələr havaya qalxdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Müharibə ilə bağlı yayılan xəbərlər fonunda Venesuela sahilləri yaxınlığında dörd Amerika hərbi təyyarəsinin səmada olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuş izləmə xidmətində məlumat yer alıb.

Məlumata görə, həmin təyyarələr arasında F/A-18E/F Super Hornet qırıcı, iki Boeing EA-18G Growler elektron müharibə təyyarəsi və E-2D Advanced Hawkeye taktiki hava erkən xəbərdarlıq təyyarəsi var.

Qeyd edək ki, dekabrın 17-də jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın gecə çıxışında Venesuelaya qarşı tammiqyaslı hərbi əməliyyatın başladığını elan edə biləciyini iddia edib. Onun sözlərinə görə, ABŞ Konqresinin üzvlərinə qarşıdan gələn münaqişə barədə əvvəlcədən məlumat verilib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
135
globalinfo.az

1Mənbələr