AZ

Altayda XÜSUSİ ƏMƏLİYYAT: Biznesmenləri ələ alan təriqətçilər TUTULDU – FOTO/VİDEO

Altayda iş adamlarına təlim keçən sayentoloqlar saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Təriqət üzvləri iri müəssisə rəhbərlərini “zombiləşdirmək”də ittiham olunur, cinayət işi açılıb.

Məlumata görə, Altayda müəssisə rəhbərləri üçün treninqlər keçirən sayentoloq təriqətinin üzvləri saxlanılıb.

İstintaq müəyyən edib ki, Barnaulun tanınmış və imkanlı sakinləri Naumenko K. və Stupar A. uzun müddətdir Amerika sayentoloqlar təriqətinin üzvüdürlər.

Başqalarını da təriqətə cəlb etmək məqsədilə onlar “NAUMENKO” fərdi sahibkarlıq subyektini yaradıblar.

Təriqətçilər kouçinq və konsaltinq adı altında iri regional müəssisələrin personalını və rəhbərlərini sayentologiyanın banisi L.R.Habbardın idarəetmə metodları ilə “təlimatlandırıblar”.

Bildirilir ki, bu yolla “zombiləşdirilən” əməkdaşlar və rəhbərlər sonradan amerikalıların maraqlarına uyğun olaraq asanlıqla idarə oluna bilərdilər.

Bu gün sahibkar-təriqətçilərin yaşadıqları və işlədikləri 4 ünvanda axtarışlar aparılıb. Hüquq-mühafizə orqanları dini rəmzlər, arzuolunmaz QHT-lərin atributlarını və ekstremist ədəbiyyat aşkar ediblər.

Faktla bağlı arzuolunmaz QHT-nin təşkili maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
128
interpress.az

1Mənbələr