AZ

“Şüşəplastmas”ın rəhbərliyi dəyişir - TOPLANTI

23 yanvar 2026-cı il saat 9.30-da “Şüşəplastmas” ASC-də  “Şüşəplastmas” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda olacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi.

2. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin və sədrinin seçilməsi.

3. Cəmiyyətin təftiş komissiyasının yeni tərkibinin və sədrinin seçilməsi.

4. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (050) 265-48- 87 nömrəli telefonla əlaqə saxlayıb və ya cəmiyyətin ünvanında tanış olmaq mümkündür.

Seçilən
204
2
fed.az

3Mənbələr