AZ

Bayramı kabusa çevirə bilərlər

"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir".

Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev danışıb.

Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır. Bundan sonra hisə verilmiş ərzaqlar gəlir. Üçüncü yeri alkoqol və mayonez, dördüncü yeri piyli və ya yağda qızardılmış ət, sonra isə şirniyyat və tortlar tutur. Siyahı duzlu şorabalarla yekunlaşır.

Ekspertin sözlərinə görə, ağır yeməkləri bir yerdə qəbul etmək daha çox zərər verir. Məsələn, göbələk, mayonez və pendiri birgə yemək olmaz.

Seçilən
117
publika.az

1Mənbələr