AZ

Xarici koalisiya qüvvələri Ukraynada yerləşdiriləcək

Ukraynada yerləşdiriləcək xarici kontingentə cəbhə xətlərinin yoxlanılması və müşahidəsi tapşırılacaq.

Redaktor.az xəbər verir ki, barədə "Politico" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, koalisiya qüvvələrinin cəbhə xəttini araşdırmaq üçün təyyarə və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ehtimal olunur. Bu barədə anonim qalmaq istəyən avropalı rəsmi bildirib.

Mənbə həmçinin qeyd edib ki, hərbi qüvvələrin bir hissəsi Ukraynanın qərbində yerləşdiriləcək. Onların əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin bərpasına yardım göstərmək olacaq və bu kontingent birbaşa ön xətdə xidmət etməyəcək.

Aytəkin TOFİQQIZI

Seçilən
74
1
redaktor.az

2Mənbələr