AZ

Enrike: "İlk dəfədir ki, qapıçının 4 penaltini dəf etdiyini görürəm."

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike FİFA Qitələrarası Kubokunu qazanmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, Paris təmsilçisi həlledici matçda "Flamenqo" ilə qarşılaşıb və penaltilər seriyasında (əsas və əlavə vaxt - 1:1) 2:1 hesabı ilə qalib gəlib.

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov oyunda 4 penalti zərbəsini dəf edib. Luis Enrike isə qolkiper haqda xoş sözlər səsləndirib: "İlk dəfədir ki, qapıçının penaltilər seriyasında 4 zərbəni dəf etdiyini görürəm. Amma kuboklar qazanmağa davam etdiyimiz üçün xoşbəxtik. PSJ bu qələbəyə layiq idi".

Mütəxəssis "Sizcə, bu performans qapıçılar arasında rəqabəti yenidən alovlandıracaqmı" sualını belə cavablandırıb:  "Həqiqətən də indi bu barədə danışmaq üçün doğru vaxt olduğunu düşünürsünüz? İndi bu titulu qeyd etməyin, oynayan və oynamayan hər bir futbolçunu təbrik etməyin və azarkeşlərimiz üçün sevinməyin vaxtıdır. Tarix yazmağa davam etmək istəyirik. Amma hələlik sadəcə bu anın dadını çıxarmalıyıq."

Qeyd edək ki, Safonov sözügedən matçın ən yaxşı oyunçusu seçilib.

Seçilən
109
1
teleqraf.com

2Mənbələr