AZ

Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2026–2030-cuilləri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatıkeçirilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, tədbirdə HesablamaPalatasının sədri və kollegiya üzvləri, Milli Məclisin üzvləri,ekspertlər, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirakediblər.

İlk olaraq Hesablama Palatasının sədri Vüqar Gülməmmədovstrateji planın əhəmiyyətindən bəhs edib, dövlət maliyyəsininidarəedilməsi sahəsində aparılan islahatlara və onlardan irəligələn çağırışlara adekvat reaksiya verilməsi üçünmüəyyənləşdirilmiş məqsədlərdən söz açıb.

Daha sonra Hesablama Palatasının aparat rəhbəri və strukturbölmə əməkdaşları strateji planın hazırlanması prosesi, carivəziyyətin qiymətləndirilməsində istifadə olunan alətlər və onlarınnəticələri, strateji məqsədlər, yekun və aralıq nəticələr,monitorinq sistemi, habelə planın resurs və risk qiymətləndirilməsibarədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni plan növbəti 5 illik dövr üzrə fəaliyyətinyol xəritəsi rolunu oynamaqla dövlət maliyyəsinin idarəedilməsindəkeyfiyyətli dövlət auditinin rolunun artırılmasına xidmət edir.Əsas diqqət Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, ocümlədən digər dövlət qurumlarının informasiya sistemlərinəinteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektintətbiqi və data analitika alətlərindən istifadəningenişləndirilməsi, yüksək keyfiyyətli dövlət auditi təcrübəsinindavam etdirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi,OMXÇ-nin auditi, beynəlxalq standartların tətbiqiningenişləndirilməsi, tövsiyələrimiz əsasında dövlət maliyyəsininidarəedilməsinin gücləndirilməsi, qlobal təşəbbüslərə dəstəyinverilməsi, beynəlxalq ali audit orqanları cəmiyyətində peşəkarimicin bir qədər də artırılması və s. kimi prioritetlərəyönəldiləcəkdir.

Təqdimat çərçivəsində qonaqların bir sıra məsələlərlə bağlıtəklifləri səsləndirilib.

Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Məqalədə:
Seçilən
123
9
az.trend.az

10Mənbələr