AZ

Uitkoff və Kuşnerin növbəti addımı bəlli oldu

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Rusiya ilə danışıqlardan əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovla görüşəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

“Rüstəm Umerovun ABŞ-Rusiya görüşündən əvvəl Amerika nümayəndə heyəti ilə də görüşməsi gözlənilir. Görüşlərin keçirilməsi planları qeyri-müəyyən olaraq qalır”, – deyə bildirilib.

Nəşrin məlumatına görə, Moskva və Vaşinqton gələn həftə sonu Mayamidə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparacaqlar.

Rusiya nümayəndə heyətinin tərkibində Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin də olacağı gözlənilir. ABŞ tərəfini Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
globalinfo.az

1Mənbələr