AZ

Aleyna Tilki və Danla Bilce saxlanıldı Narkotik əməliyyatı

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində tanınmış şəxslər barədə əməliyyat həyata keçirilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Digər tərəfdən, daha əvvəl həbs edilən sosial media fenomeni və sahibkar Sercan Yaşar ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Prokurorluqda verdiyi ifadədən sonra “peşmanlıq” müddəalarından yararlandığı üçün sərbəst buraxılıb.

Narkotik istintaqı çərçivəsində Hayyam Garipoğlunun oğlu, eyni zamanda Münevver Karabulutun qətli ilə tanınan Cem Garipoğlunun əmisi oğlu Kasım Garipoğlu və iş adamı Burak Ateş barəsində isə axtarış qərarı çıxarılıb.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
124
1
lent.az

2Mənbələr