AZ

Məşhur aktyorun oğlu qətldə ittiham olunur

Məşhur amerikalı rejissor və aktyor Rob Reynerin oğlu Nik Reynerin qəsdən adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxarılacağı bildirilir. Vətəninfo.az xəbər verir ki, bu barədə Los-Anceles Rayon Məhkəməsində prokuror Neytan Hokman məlumat verib.

Prokurorluğun açıqlamasına görə, Nik Reyner valideynlərini öldürməkdə ittiham olunur. Bildirilib ki, irəli sürülən ittiham Cinayət Məcəlləsinə əsasən birinci dərəcəli qətl maddəsi üzrə qiymətləndirilir. Rəsmi ittiham irəli sürüldükdən sonra onun məhkəməyə aparılacağı qeyd olunub.

Əgər Nik Reynerin günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası və ya ölüm cəzası gözləyə bilər. Ömürlük həbs hökmü çıxarıldığı təqdirdə isə şərti azadlığa buraxılma hüququ olmayacaq.

İddialara görə, Rob Reyner və həyat yoldaşı Los-Ancelesdə yerləşən evlərində oğulları Nik Reyner tərəfindən öldürülüblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
121
veteninfo.az

1Mənbələr