AZ

Türkiyədə tanınmış sənətçilər narkotik ittihamı ilə saxlanıldı

Türkiyədə bir sıra tanınmış sənət adamlarının narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib.

Bu barədə “Haber Global”məlumat verir.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıblar.

Bildirilir ki, istintaq çərçivəsində İstanbul Vilayət Jandarm Komandanlığının qrupları İstanbulun Sarıyer, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında axtarış aparıblar və yeddi şübhəli ilə bağlı prosedurlar icra olunub.

Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın evindən təxminən beş qram marixuana və marixuana üyütmə aparatı müsadirə edilib.

Barələrində saxlanılma qərarı olan şübhəlilərdən İrem Sak, Danla Bilic, Mümine Senna Yıldız və Aleyna Tilki nəzarətə götürülüblər. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.

Şübhəlilər barəsində “İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək” (Türkiyə Cinayət Məcəlləsinin 191-ci maddəsi) ittihamı üzrə başladılan istintaq davam edir.

AzPost.az

Seçilən
83
50
azpost.info

10Mənbələr