AZ

Sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib - Nazir müavini

Bakı. Trend:

6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahatpaketi 4 milyon vətəndaşı əhatə edib.

Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müaviniRəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyivə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüzivDildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanıbildirib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin tibbi-sosialreabilitasiyası və cəmiyyətə tam inteqrasiyası ölkəmizin sosialsiyasətinin prioritet istiqamətlərindən biridir:

"6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahatpaketi 4 milyon vətəndaşı əhatə edib. Bu islahatların nəticəsindəsosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 7,6 milyardmanat əlavə vəsait ayrılıb. Əlilliyi olan şəxslərə verilənpensiyalar, müavinətlər və təqaüdlərdə ciddi artımlar təminolub.
Eyni zamanda, ölkəmizdə müasir reabilitasiya sistemininformalaşdırılması istiqamətində mühüm addımlar atılıb,reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilmiş və qabaqcılbeynəlxalq təcrübəyə əsaslanan yeni reabilitasiya metodlarınıntətbiqinə başlanıb. Bu addımlar əlilliyi olan şəxslərin həyatkeyfiyyətinin yüksəldilməsinə və onların aktiv cəmiyyət üzvü kimiiştirakına xidmət edir".

Məqalədə:
Seçilən
106
2
az.trend.az

3Mənbələr