ain.az bildirir, Bizimyol portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-a məxsus enerji və neft haqlarını “qanunsuz şəkildə” ələ keçirdiyini iddia edərək, “Onları geri istəyirik”, – deyə bildirib.
Bizimyol.info xəbər verir ki, Tramp "Joint Base Andrews" hava bazasında jurnalistlərə açıqlamasında Vaşinqtonun Venesuelaya təzyiqlərinin artması ilə bağlı mövqeyini dəyərləndirib. O, Venesuelaya “etməməli olduqları addımları atmalarına icazə verilməyəcəyi” barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti: “Bütün enerji hüquqlarımızı əlimizdən aldılar. Qısa müddət əvvəl bütün neftimizi qanunsuz şəkildə ələ keçirdilər”, - deyə qeyd edib. Venesuelada neft sektorunda fəaliyyət göstərən Amerika şirkətlərinin “ölkədən çıxarıldığını” deyən Tramp: “Neft hüquqlarımızı, sahib olduğumuz hər şeyi aldılar. Artıq bunu edə bilməyəcəklər. Biz onları geri istəyirik”, - deyə əlavə edib.
Qeyd edək ki, Tramp bundan əvvəlki açıqlamasında sanksiyalara məruz qalan Venesuela mənşəli bütün neft tankerlarının bloklanması barədə göstəriş verdiyini bildirmişdi.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.