AZ

Türkiyədə bir neçə məşhur SAXLANILDI

Türkiyədə məşhur simalara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində aralarında Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Yıldızın da olduğu şübhəlilər saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar, Bakırköy və Esenyurtda yerləşən 7 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak daxil olmaqla bir sıra şübhəlilər gözaltına alınıb.

Xaricdə olduğu müəyyən edilən Mert Vidinli, Şeyma Subaşı və Sevval Şahin barəsində tutulma qərarı çıxarılıb. Ünvanlarında tapılmayan Melisa Döngel, Cihan Şensözlü və Yusuf Güneyin axtarışları davam edir.

Digər tərəfdən, şübhəli Mümine Senna Yıldızın evində aparılan axtarış zamanı 5 qram marixuana və narkotik maddə üyütmək üçün istifadə olunan avadanlıq aşkarlanıb.

Həmidə İbrahimova

Seçilən
74
2
olke.az

3Mənbələr