Bakı. Trend:
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyavə 2030-cu il Davamlı İnkişaf Gündəliyi əsasında mühümirəliləyişlər əldə olunub.
Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı Rezident ƏlaqələndiricisiVladanka Andreyeva bu gün Bakıda BMT-nin Azərbaycandakınümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediadaİnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışızamanı bildirib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl Dohada keçirilmişSosial İnkişaf Sammitində də vurğulandı ki, sosial tərəqqi yalnızcəmiyyətin bütün təbəqələri, yəni hər kəs tam şəkildə cəlb olunduğuzaman mümkündür:
"Bu il BMT-nin Baş katibi əlillik üzrə sistem miqyasında altıncıhesabatını təqdim edib. Həmin hesabat son altı ildə birgəgördüyümüz işləri əks etdirir, 2019–2024-cü illər ərzində əldəolunmuş irəliləyişləri önə çıxarır və eyni zamanda gələcəkfəaliyyət üçün daha yüksək hədəflər müəyyənləşdirir. Azərbaycandaəlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və 2030-cu ilüzrə Davamlı İnkişaf Gündəliyi əsasında mühüm nailiyyətlər əldəolunub. Nazir də qeyd etdiyi kimi, xüsusilə Dayanıqlı İnkişafMəqsədlərindən 10-cu (SDG 10) və 16-cı (SDG 16) məqsədlərə diqqətyetirilir. Əldə olunan irəliləyişlər qürurverici olsa da, əlillikləbağlı məsələlərin media vasitəsilə işıqlandırılması və təqdimatısahəsində hələ də müəyyən çətinliklər mövcuddur".