Olaylar.az xəbər verir ki, Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Sena Yıldız nəzarətə götürülüb.
Barəsində həbs qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünü ünvanlarında tapmaq mümkün olmayıb.
"İstanbul Baş Prokurorluğunun 2025/219794 CBS nömrəli istintaq sənədinə əsasən, tanınmış ictimai xadimlərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin olduğu müəyyən edilib.
Bu çərçivədə, İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən 18.12.2025-ci il tarixində Sarıyer rayonu, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt (5 ünvan) da daxil olmaqla, cəmi (7) ünvanda axtarış tədbirləri həyata keçirilib və (7) şübhəli şəxs hədəf alınıb", - deyə bildirilib.
Xatırladaq ki, oktyabr ayında da oxşar əməliyyat keçirilmişdi. Həmin zaman şübhəlilər arasında Dilan Polat, Engin Polat, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünağaç, Duygu Özaslan, Demet Evgar Babataş, Mutaf, Demet Evqar Babataş, Meriçkin Özgep və Zeynep Özal var idi. (Globalinfo.az )