AZ

ABŞ Tayvana 11 milyard dollar dəyərində silah satacaq

ABŞ administrasiyası Tayvana milyardlarla dollar dəyərində silah satışını təsdiqləyib. Sözügedən qərarın Pekinin kəskin etirazına səbəb olacağı gözlənilir.

Editor.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, Vaşinqton Tayvana ümumi dəyəri 11 milyard dollara çatan silah satış paketini təsdiqləyib. Hesabatda qeyd olunub ki, bu addım Çin tərəfindən sərt reaksiyalara yol aça bilər.

Məlumata görə, tədarük paketinə 4,05 milyard dollara qədər dəyəri olan HIMARS çoxnöqtəli raket buraxılış sistemləri (MLRS), eləcə də ümumi dəyəri təxminən 4 milyard dollar olan özüyeriyən artilleriya qurğuları daxildir.

Bloomberg yazır ki, bu razılaşma Vaşinqtonun Tayvanın hərbi potensialını gücləndirməyə yönəlmiş ən mühüm təşəbbüslərindən biri kimi qiymətləndirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
88
editor.az

1Mənbələr