
ABŞ Tayvana 11,1 milyard dollar dəyərində silah satışını təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tayvan hökumətinin sözçüsü Karen Kuo bildirib ki, Tayvan boğazında və Hind-Sakit okean regionunda sülh və sabitlik beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatına görə, satış paketinə M107A7 özüyeriyən artilleriya qurğuları, “Javelin” raket sistemləri, ALTIUS-700M və ALTIUS-600 pilotsuz uçuş aparatları, həmçinin HIMARS çoxsaylı buraxılışlı raket sistemləri və digər hərbi texnika daxildir.
Qeyd edək ki, Tayvan hökuməti ABŞ-dən silah alışı üçün əlavə 40 milyard dollarlıq hərbi büdcə yaratmağı planlaşdırır.
Seyranə QuliyevaMissiya.Az