AZ

Uitkoff bəyəndi, Trampa da bir qutu verdi Rusiyadan gələn hədiyyə

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiyadan qayıdan zaman Prezident Donald Trampa hədiyyə gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Bildirilib ki, Uitkoff  Xabarovsk diyarından qırmızı kürü qutusu alıb.

“Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara getməzdən əvvəl Moskvadakı Savva restoranında naharda qırmızı kürünün dadına baxıb. Bu, onun çox xoşuna gəlib deyə xüsusi elçiyə bütöv bir qutu kürü hədiyyə edilib. Uitkoff da öz növbəsində onu Trampa aparıb”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
globalinfo.az

1Mənbələr