Xəbər verdiyimiz kimi, dünən Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qazların toksiki təsiri diaqnozu təyin edilib.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
"Cebheinfo.az"