AZ

Media: ABŞ Tayvana 11 milyard dollarlıq silah satışını təsdiqləyib

Bakı, 18 dekabr, AZƏRTAC

ABŞ Çinlə münasibətlərində riskli addım ataraq Tayvana 11 milyard dollarlıq silah satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, müqaviləyə ümumi dəyəri 4,05 milyard dollar olan HIMARS çoxməqsədli raket sistemlərinin, eləcə də 4 milyard dollarlıq özüyeriyən haubitsaların tədarükü daxildir.

Analitiklərin fikrincə, Vaşinqtonun bu qərarı Tayvanın hərbi imkanlarını gücləndirmək üçün son illərdə həyata keçirdiyi ən əhəmiyyətli cəhdlərindən biridir. Lakin Birləşmiş Ştatlar bu addımı ilə Çinlə onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirmək riski yaradır.

Qeyd edək ki, dekabrın 13-də Konqresdə “ABŞ-ın strateji vəziyyəti” barədə yeni hesabat dərc edilib. Sənəddə Moskva və Pekin ciddi çağırışlar hesab olunur, Avropa ölkələri ilə Rusiya və ya Asiya ölkələri ilə Çin arasında nüvə münaqişəsinin baş verəcəyi təqdirdə Prezident Donald Trampa “çevik seçimlər” verilməsinə çağırışlar yer alır.

Seçilən
126
azertag.az

1Mənbələr