AZ

ABŞ bu ölkəyə 11,1 milyard dollar həcmində silah satacaq

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları hökuməti Tayvana ümumilikdə 11,1milyard dollar dəyərində hərbi texnika satışını təsdiqləyib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumatyayıb.

Məlumata görə, paketə 82 ədəd HIMARS sistemi və 420 ədəd ATACMSraketi üzrə ümumi dəyəri 4 milyard ABŞ dollarından artıq olansəkkiz müqavilə, həmçinin əlavə 4 milyard ABŞ dolları məbləğində 60özüyeriyən haubitsa və müvafiq avadanlıqlar daxil edilib.

Tayvan 1 milyard ABŞ dolları dəyərində pilotsuz uçuş aparatları,1 milyard ABŞ dolları məbləğində proqram təminatı, 700 milyon ABŞdolları dəyərində “Javelin” və TOW tankəleyhinə raketləri,helikopterlər üçün 96 milyon ABŞ dolları məbləğində ehtiyathissələri və “Harpoon” raketlərinin modernləşdirilməsi üçün 91milyon ABŞ dolları dəyərində dəstlər əldə edəcək.

ABŞ Dövlət Departamenti bildirib ki, bu tədarüklər “ABŞ-ınmilli, iqtisadi və təhlükəsizlik maraqlarına” xidmət edir, Tayvanıntəhlükəsizliyinin artırılmasına kömək edəcək və regionda “siyasisabitliyin, hərbi balansın və iqtisadi tərəqqinin qorunubsaxlanmasına” töhfə verəcək

Seçilən
139
az.trend.az

1Mənbələr