AZ

Rəsul Quliyevin 5 milyona satdığı torpağı görün kim alıb

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Bilgəh qəsəbəsində 5 milyona torpaq sahəsi satıb. Torpaq sahəsi Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşir.

Globalinfo.az-ın əldə etdiyi xəbərə görə R.Quliyevin 72 sot torpağını Azərbaycan əsilli yəhudi iş adamı Qod Nisanov alıb.

Xatırladaq ki, bu torpaq mübahisəli olub.  Uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Mövzu ilə bağlı Qalib Salahzadə saytımıza açıqlama verib. Az sonra açıqlamanı yayımlayacağıq.

Globalinfop.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
1
globalinfo.az

2Mənbələr