AZ

AAİB Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına hədəflənmiş layihələrin ümumi dəyərini açıqlayıb

Almatı. Trend:

2025-ci ilin yekunlarına əsasən Avrasiya İnkişaf Bankının (AAİB)Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verən layihələrinin payı25 faiz və ya 1,6 milyard ABŞ dolları təşkil edəcək.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bu barədə AAİB-in İdarə Heyətinin sədriNikolay Podquzov 2025-ci ilin yekunlarına dair Almatıda keçirilənmətbuat konfransında bildirib.

“Bu il ərzində ölkələrimizin iqtisadiyyatına dəstək məqsədidaşıyan 20-dən çox yeni layihə imzalanıb və illik investisiya həcmibankın kapitalını üstələyərək bir qədər 2,6 milyard ABŞ dollarınıötəcək. Bu strateji dövrdə əsas vəzifəmiz iştirakçı ölkələrimizinhər biri üçün prioritet istiqamətlər üzrə inkişafa töhfənigücləndirməkdən ibarət olub”, – deyə N. Podquzov qeyd edib.

Qeyd edək ki, AİB iştirakçı dövlətlərin iqtisadi artımına, onlararasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə vəAvrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiyafəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmışçoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan vəÖzbəkistan.

,

Məqalədə:
Seçilən
110
az.trend.az

1Mənbələr