"Əl-Nəsr" in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges uşaqları necə tərbiyə etdikləri haqda danışıb.
Publika.az xəbər verir ki, cütlük beş uşaq böyüdür.
"Fərqli səviyyədə iqtisadi imkanların mövcudluğuna baxmayaraq, mahiyyətimiz dəyişməz olaraq qalır. Dəyərlərimizi onlara aşılayırıq.
Uşaqlar bizim zəhmətimizi görür və heç nəyin havayı olmadığını başa düşürlər, ona görə də onlara mübarizə aparmağı və hər şeydən əvvəl yaxşı insan olmağı xatırladırıq.