AZ

Türkiyə hava məkanı Rusiya PUA-sı vasitəsilə pozulub - İDDİA

15 dekabrda Türkiyə hava məkanını pozduqdan sonra F-16 qırıcı döyüş təyyarələri tərəfindən vurulan naməlum pilotsuz uçuş aparatı (PUA) ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığını və hadisədən sonra araşdırmanın başlandığını açıqlayıblar.

İlkin tapıntılar Qara dənizdən Türkiyə hava məkanına daxil olan PUA-nın mənşə ölkəsini rəsmi olaraq müəyyən etməsə də, texniki araşdırmanın davam etdiyi bildirilib.

Vurulan təyyarənin Rusiya istehsalı olan Orlan-10 olduğu və PUA-nın qalıqlarının ətraflı araşdırma üçün Türkiyə Hərbi Hava Qüvvələri elementləri tərəfindən tapıldığı vurğulanıb.

Qeyd olunub ki, texniki araşdırma PUA-nın mənşəyini, uçuş marşrutunu və missiya məqsədini araşdırır.

Rəsmilər həmçinin hadisənin üçüncü bir ölkə tərəfindən Rusiyaya məxsus kimi təəssürat yaradan "saxta bayraq əməliyyatı" olması ehtimalını da nəzərdən keçirirlər.

Digər bir ehtimal isə PUA-nın nəzarətdən çıxıb Türkiyəyə daxil olmasıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
97
missiya.az

1Mənbələr