AZ

Gənclər təşkilatı yeni layihənin icrasına başlayır

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı  layihəsinin icrasına başlayır.

Layihə Respublikamızın Lənkəran, Masallı, Şabran və Siyəzən rayonlarında icra olunacaq. Layihəmizin əsas məqsədi gənc nəslə Azərbaycan dövlətinin keşməkeşli tarixi inkişafında yeni  müstəqil Konstitusiyanın yaradıcısı Ulu Öndər  Heydər Əliyevin misilsiz xidmətini çatdırmaqdır. Bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edirik. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Məhz buna görə Heydər Əliyevin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
2
azpolitika.info

3Mənbələr