AZ

Avropa ölkələri Ukrayna üçün reparasiya krediti məsələsində iki düşərgəyə bölünüb Politico

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqına üzv ölkələr Ukraynaya təqdim edilməsi nəzərdə tutulan reparasiya krediti məsələsində razılığa gələ bilməyib.

“Politico” nəşrinin məlumatına görə, məsələ Aİ daxilində ciddi fikir ayrılığına səbəb olub və ölkələr barışmaz düşərgələrə bölünüb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, keçirilən sammitin əsas məqsədi Belçikanı kreditə qarşı mövqeyindən geri çəkilməyə razı salmaq olub. Hətta bunun üçün danışıqların gecə yarısına qədər uzadılması ehtimalı da gündəmə gəlib. Lakin bir neçə həftəlik təzyiqlərə baxmayaraq, Belçikanın baş naziri Bart De Vever mövqeyini dəyişməyib.

Məqalədə qeyd olunur ki, qərarın qəbuluna 24 saatdan az vaxt qalmış Belçikanın Aİ-dəki səfiri qapalı danışıqlar zamanı həmkarlarına “biz geri çəkilmirik” mesajını verib.

Almaniya və Latviya da daxil olmaqla bir sıra ölkələr Rusiyaya məxsus dondurulmuş aktivlərin bu kredit üçün müsadirəsi ilə bağlı qərarın yekdilliklə deyil, “keyfiyyətli çoxluq” prinsipi əsasında qəbul edilməsini təklif ediblər. Bu halda 27 Aİ ölkəsindən 15-nin dəstəyi kifayət edəcəkdi. Lakin Belçika belə bir qərar qəbul olunacağı təqdirdə, öz ərazisində saxlanılan Rusiya aktivlərini verməyəcəyini bəyan edib.

Nəşrin yazdığına görə, əgər Ukrayna üçün reparasiya krediti ideyası baş tutmasa, alternativ variant kimi Aİ-nin növbəti yeddiillik büdcəsi hesabına təmin olunacaq birgə borc mexanizminin yaradılması təklif edilir. Bu təşəbbüsə isə Macarıstan və Slovakiya qarşı çıxır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
icma.az

1Mənbələr