AZ

Vladanka Andreyeva: Məsuliyyətli və inklüziv jurnalistika stereotiplərin aradan qaldırılmasına töhfə verə bilər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dil vacibdir. Seçdiyimiz sözlər qavrayışları formalaşdırır, münasibətlərə təsir edir və insanların cəmiyyətdə necə göründüyünə, rəftar edildiyinə və iştirak etdiyinə birbaşa təsir göstərir. Əlilliyi olan şəxslər üçün dil ya stereotipləri və kənarlaşdırmanı gücləndirə, ya da ləyaqəti, bərabərliyi və fəallığı təşviq edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Mediada inklüziv dildən istifadənin təşviqi” ilə bağlı keçirilən seminarda deyib.

Onun sözlərinə görə, 2019-cu ildə BMT-nin Baş katibi BMT-nin Əlillik üzrə İnklüzivlik Strategiyasını təqdim edərkən açıq şəkildə vurğulayıb ki, BMT bütün fəaliyyət sahələrində mərkəzi qərargahdan sahə səviyyəsinədək nümunə göstərməli və əlillik üzrə inklüzivlik sahəsində öz standartlarını və fəaliyyətini yüksəltməlidir: “Bu öhdəlik bu il qeyd etdiyimiz Əlilliyi Olan Şəxslərin Beynəlxalq Günü fonunda xüsusilə aktualdır. “Sosial tərəqqinin irəlilədilməsi üçün əlilliyi olan şəxsləri əhatə edən cəmiyyətlərin formalaşdırılması” — İkinci Dünya Sosial İnkişaf Sammitində bir daha təsdiqlənmiş qlobal yanaşmanı əks etdirir. Sosial inkişaf yalnız cəmiyyətin bütün təbəqələri tam şəkildə iştirak etdikdə mümkündür. 2025-ci ildə Baş katib bu strategiya üzrə altıncı sistemmiqyaslı hesabatını təqdim edib. Bu hesabat Strategiyanın altı illik icrasına nəzər salır, 2019–2024-cü illər arasında əldə olunan irəliləyişləri vurğulayır və eyni zamanda, gələcək üçün daha yüksək standart müəyyən edərək daha sürətli, transformativ və sistemmiqyaslı tədbirlərə çağırış edir.Qeyd edim ki, media ictimai diskursun formalaşmasında mühüm rol oynayır. Jurnalistlər sosial dəyişikliklərin əsas tərəfdarlarıdır.Məsuliyyətli və inklüziv jurnalistika stereotiplərin aradan qaldırılmasına töhfə verə, əlilliyi olan şəxslərin hüquq sahibi və cəmiyyətin fəal üzvləri kimi təqdim olunmasını təmin edə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
113
1
azertag.az

2Mənbələr