AZ

Azərbaycan dövləti həm daxili, həm də xarici siyasətdə ədalət və insanlıq prinsiplərinə sadiqdir



Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan dövləti həm daxili, həm də xarici siyasətdə ədalət və insanlıq prinsiplərinə sadiqdir.

Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, "Konstitusiya və Suverenlik İli" dövlətimizin qüdrətini təsdiq etməklə yanaşı, hər bir vətəndaşın dövlət tərəfindən qorunmasının və ona dəyər verilməsinin rəmzinə çevrilir:

"Bu humanist addım Azərbaycanın gələcək inkişafı, xalq-iqtidar birliyinin sarsılmazlığı üçün möhkəm təməl yaradır".

Hakim partiya təmsilçisi qeyd edib ki, prezidentin bu təşəbbüsü hüququn ruhu ilə insan qəlbinin qovuşduğu nöqtədir:

"Bu, müasir Azərbaycanın suveren gücünün və mənəvi ucalığının vəhdətidir".

Cavid
Seçilən
134
newscenter.az

1Mənbələr