AZ

NASA-ya yeni rəhbər təyin edildi


ABŞ Senatı milyarder Cared Ayzekmanın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəhbəri vəzifəsinə təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telelkanalı səsvermənin nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Ayzekmann namizədliyini 67 senator dəstəkləyib, 30 nəfər əleyhinə səs verib.
O, tezliklə NASA-nın yeni administratoru kimi and içəcək və NASA-nın müvəqqəti administratoru Şon Daffini əvəz edəcək.
42 yaşlı Cared Ayzekman aeronavtika üzrə bakalavr dərəcəsinə malikdir. Milyarder 2011-ci ildə ABŞ Silahlı Qüvvələri üçün pilotlar hazırlayan “Draken International” şirkətini təsis edib. Daha sonra o, səhmlərin əksəriyyətini “Blackstone” şirkətinə satıb.
Seçilən
88
yeniavaz.com

1Mənbələr